“Qarabağ”la oyunun biletləri satışa çıxarıldı

Şimali İrlandiyanın “Linfild” klubu Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyununun biletlərini satışa çıxarıb.

Komanda.az Şimali İrlandiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Vindsor Park” stadionunda keçiriləcək qarşılaşmaya olan biletlər 8-12 funt-sterlinqdir.

“Linfild” – “Qarabağ” matçı avqustun 22-də, saat 22:45-də start götürəcək. Komandalar arasındakı cavab oyunu avqustun 29-da, Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button