“Qarabağ”la oyunöncəsi “Düdelanj”ın bazasında oğurluq

“Qarabağ”ın bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşacağı Lüksemburqun “Düdelanj” klubunun bazasından oğurluq olub.

Komanda.az “lequotidien.lu” saytına istinadən xəbər verir ki, naməlum şəxslər sentyabrın 30-na keçən gecə paltardəyişmə otağından 27 cüt buts, eləcə də bir neçə futbolka, şort və digər idman aksessuarları oğurlayıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Bu gün keçiriləcək “Düdelanj” – “Qarabağ” oyunu saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button