“Qarabağ”la oyuna motivasiya ilə çıxacağıq”

İsveçin “Hakken” komandasının baş məşqçisi Per-Matias Hoqmo Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, norveçli mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında “Qarabağ”la qarşılaşmanın onlar üçün sonuncu olduğunu xatırladıb:

“Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Klub tarixinin ən yaxşı mövsümüdür. İlk dəfə qrupa vəsiqə qazandıq və bir sıra futbolçularımızı yüksək qiymətə satdıq”.

O, Azərbaycan təmsilçisinin çox yaxşı oyunçulara sahib olduğunu vurğulayıb:

“Qarabağ” yaxşı və xarakterli komandadır. Evdəki qarşılaşmada yaxşı performans sərgiləsək də, nəticə qazana bilmədik. Sabahkı oyuna motivasiya ilə çıxacağıq. Hər şey yaxşıdır”.

Baş məşqçi hava şəraitinin onlara təsir etməyəcəyini sözlərinə əlavə edib:

“Əsl İsveç havasıdır. Buna öyrəşmişik. Bakıya üçüncü səfərimdir. Hər dəfə Azərbaycan futbolunun klub və milli səviyyəsində inkişaf etdiyini görürük”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button