“Qarabağ”la “Neftçi”nin oyunlarının vaxtı məlum oldu

Azərbaycan Premyer Liqasında 27-ci turun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək.

Azərbaycan Premyer Liqası, 27-ci tur

14 may

Qəbələ – Sabah
Qəbələ şəhər stadionu, 17:00

Zirə – Səbail
Zirə İdman Kompleksinin stadionu, 19:00

Qarabağ – Keşlə
“Azersun Arena”, 19:00

Sumqayıt – Neftçi
Sumqayıt şəhər stadionu, 19:00