“Qarabağ”ın yeni transferinin sol əlini gizlətməsinin səbəbi – FOTO

“Qarabağ” dünən yeni transferi Yassin Benzianı ictimaiyyətə təqdim edib.

Komanda.az xəbər verir ki, klubun rəsmi sosial şəbəkə hesablarında paylaşılan fotolarda əlcəzairli futbolçunun sol əlini gizlətməsi diqqətdən yayınmayıb. O, bunu hansı səbəbdən edir?

Futbolçu 2020-ci ildə Fransada avtomobil qəzası nəticəsində sol əlinin işarət barmağını itirib. Bu səbəbdən, Benzia 7 ay futboldan uzaq qalıb.

“Qarabağ”ın onun üçün hazırladığı təqdimat videosunun bir hissəsində yarımmüdafiəçi sol əlini gizlətsə də, ancaq bəzi kadrlarda bu məqam aşkar görünüb.

“Qarabağ” Benzia ilə 2,5 illik müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button