“Qarabağ”ın yeni transferi keçmiş klubu ilə vidalaşdı

“Qarabağ”ın yeni transferi Redon Cica əvvəlki klubu olan Albaniya “Tirana”sı ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu bununla bağlı “instagram” səhifəsində paylaşım edib.

Cica paytaxt təmsilçisinə, klub rəhbərliyinə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.

Xatırladaq ki, albaniyalı futbolçu Ağdam klubu ilə müqavilə bağlamaq üçün hazırda Bakıdadır. “Qarabağ”ın bu transferi ən qısa zamanda açıqlaması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button