Ançelotti: “Ardaya şans verəcəm”

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülər haqda danışıb.

Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı, mətbuat konfransında türkiyəli futbolçunun özünü yaxşı hiss etdiyini bildirib:

“Arda özünü yaxşı hiss edir və oynamağa hazırdır. Gülərin ​​daha çox imkanlara və təcrübəyə layiq olduğunu düşünürəm. O, tezliklə meydana qayıda bilər. Ona oynamaq üçün şans verəcəm”.

Türkiyəli yarımmüdafiəçi müxtəlif zədələr səbəbindən mövsümün ilk yarısını buraxmışdı.

19 yaşlı futbolçu ​​İspaniya çempionatının bu mövsümündə 5 matçda 1 qol vurub. Ötən yay “Real” yarımmüdafiəçinin transferi üçün “Fənərbaxça”ya 20 milyon avro ödəmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button