AFFA 4 komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi dörd kluba texniki məğlubiyyət verib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-15 Liqasında keçirilməli olan “ASTA” FK – “Ulduz” (Mingəçevir) matçında qonaqlar meydana çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alıblar.

Eyni hadisə U-14 Liqasında “Baku Sporting” FK – İOEUGİM (Sumqayıt) komandaları arasında da baş verib. Qonaqların oyuna gəlməməsi 0:3 hesablı texniki məğlubiyyətə səbəb olub.

U-17 Qızlar Liqasında “Dinamo” (Balakən) – “Neftçi” PFK görüşü keçirilsə də, meydan sahibləri texniki məğlubiyyət alıblar – 0:3. Buna “Dinamo”nun oyun zamanı qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçunu meydana buraxması səbəb olub.

“Araz Naxçıvan”la qarşılaşmalı olan “Record club” futzal klubu da texniki məğlubiyyət alıb. Futzal üzrə Yüksək Liqanın 19-cu turunda meydana çıxmaqdan imtina edən “Record club” komandasına 0:5 hesablı məğlubiyyət verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button