MY hücumçusunu 15 milyon avroya sata bilər – Ərəblərə

“Mançester Yunayted”ə məxsus olan hücumçu Antoni Marsial cari mövsümün sonunda komandanı tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları fransalı forvarda maraq göstərirlər.

“Qırmızı şeytanlar”a gəlincə, onlar 15 milyon avro ödəniləcəyi təqdirdə, Marsialı satmağa hazırdırlar.

Marsial bu mövsüm İngiltərə Premyer Liqasının 13 oyununda iştirak edib. O, cəmi bir qol vurub. Tərəflər arasındakı müqavilə bu yay daha bir mövsüm uzadılması variantı aktivləşməzsə, başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button