Heydərov Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Komanda.az xəbər verir ki, üçqat Avropa çempionu uyğun ardıcıllıqla Albaniya, Portuqaliya və Rusiyadan olan rəqiblərinə qalib gəlib.

Heydərov yarımfinalda Adil Osmanov (Moldova) ilə qarşılaşacaq. Digər təmsilçilərimiz – Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) isə uğursuz çıxış ediblər.

Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button