Xavi ondan “Barselona”da qalmasını xahiş edəcək

“Barselona”nın baş məşqçisi Xavi müdafiəçi Erik Qarsiyadan gələn mövsüm komandada qalmasını xahiş etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis həmyerlisi olan futbolçunun yayda komandada qalmasını istəyir.

İspaniyalı futbolçu əvvəlki kimi, müntəzəm oynaya bilməyəcəyindən ehtiyat edir. Üstəlik, “Barselona”nın mərkəzi müdafiəçi mövqeyində bir neçə oyunçusu var.

Qarsiya 2021-ci ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçsə də, heç vaxt əsas komandada yer ala bilməyib.

“Mançester Siti”nin sabiq futbolçusu cari mövsümü icarə əsasında “Jirona”da keçirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button