“Real” yeni müdafiəçi alacaq

“Real” yay transfer pəncərəsində təcili olaraq gücləndirilməsi lazım olan bir mövqeni müəyyənləşdirib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Naço Fernandesin yayda komandadan ayrılacağını, David Alabanın isə ciddi zədədən qayıdacağını nəzərə alan “kral klubu” yeni mərkəz müdafiəçisi dəvət etmək istəyir.

Madrid klubu üçün prioritet namizəd “Lill”dən Leni Yorodur. 18 yaşlı fransalı futbolçu “Real”a keçməyə açıqdır. Baxmayaraq ki, Avropanın bir çox digər top-klubları da onun xidmətində maraqlıdır.

Yoronun “Lill”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. O, Fransa çempionatının cari mövsümündə 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button