“Səninlə danışmayan baş məşqçiyə dözmək çox çətin olur” – “Qarabağ”ın yeni transferi

“Qarabağ”ın yeni transferi Kvabena Ovusu keçmiş klubu “Kordoba”nın baş məşqçisi Raul Aqneni ittiham edib.

Komanda.az “diariocordoba.com” saytına istinadən xəbər verir ki, qanalı hücumçu, Sequnda təmsilçisindən ayrılmağında Aqnenin günahı olduğunu deyib:

“Mən elə bir baş məşqçi tanımıram ki, mənə dediyi sözləri ona hər şeyini verən digər oyunçu barədə səsləndirsin. Qana yığmasına hər dəfə çağırıldığım vaxt problem yaşayırdım. Afrika kubokunun oyunundan sonra dərhal qayıdırdım ki, məni heç bir səbəbsiz ehtiyatda saxlamasın.

“Rekreativo” ilə qarşılaşmada penalti qazanaraq, qol vurduğum vaxt Aqne məni heç təbrik etmədi. Sonra ayrılmağa qərar verdim. Çünki səninlə danışmayan baş məşqçiyə dözmək çox çətin olur”.

Kvabena Ovusu “Qarabağ”la 3,5 illik sözləşmə imzalayıb. O, müqavilə ilə “Leqanes” klubuna məxsus idi. 23 yaşlı hücumçu mövsümün ilk dövrəsini icarə əsasında “Kordoba”da keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button