“Yaxşı performans sərgilədik” – “Qarabağ”ın hücumçusu

“Qarabağ”ın yeni transferi İbrahima Vadji “instagram” hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, Premyer Liqanın 3-cü turunun “Neftçi” ilə matçında (2:1) dubl edən seneqallı hücumçu, növbəti oyuna köklənməli olduqlarını deyib:

“Komanda yoldaşlarımı təbrik edirəm. Dünən yaxşı performans sərgilədik. Gəlin növbəti matça köklənək”.

“Qarabağ” Vadjini Norveçin “Hauqesund” klubundan transfer edib.

“Qarabağ” sentyabrın 16-də Konfrans Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində İsveçrənin “Bazel” komandası ilə qarşılaşacaq. Bakı Olimpiya stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.