“Qarabağ”ın yeni rekordu

“Qarabağ” Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib. Ağdam klubu Misli Premyer Liqasının 7-ci turunda “Zirə”nin qapısına 7 qol vurub.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, “köhlən atlar”ın səfər görüşləri üçün yeni rekorddur.

“Qarabağ” 1992-ci ildən keçirilən ölkə çempionatlarında yalnız öz meydanında 7 və ya daha çox qol vurmağı bacarmışdı. 7:1 hesablı qələbə qazanan ağdamlılar həm də ən böyükhesablı səfər qalibiyyətini təkrarlayıb. Bu, “Qarabağ”ın rəqib meydanındaki altı top fərqli 5-ci uğurudur.

Bu, həm də “Zirə”nin 7 qol buraxdığı ilk qarşılaşmadır. Qəsəbə təmsilçisi tarixində 3-cü dəfə 6 top fərqilə uduzub.

​Zirədəki oyun həm mövsümün ən məhsuldar matçı, həm də ən böyükhesablı nəticəsi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button