“Yeni mövsümdə çempion olmaq üçün mübarizə aparacağıq”

“Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli klubun saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, İbrahimli, hazırlıq prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:

“Məşqlərimiz bir həftədən çoxdur ki, başlayıb. Hazırlığımız gərgin və maraqlı keçir. Hər birimiz məşqlərə həvəs və məsuliyyətlə yanaşırıq. Yeni mövsümə çox istəkli hazırlaşırıq. Uzun müddətdir oyunlara çıxmırıq. Yoxlama görüşlərində fiziki vəziyyətimizi düzəltməyə çalışacağıq.

Yeni mövsümdə Premyer Liqada çempion olmaq üçün mübarizə aparacağıq. Konfrans Liqasında da artıq rəqibimiz məlumdur. İlk dəfə təşkil ediləcək turnir bizim üçün də maraqlıdır. Ümid edirəm ki, bu yarışda uğurlu çıxış edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button