Konfrans Liqası: “Qarabağ”ın ilk oyununun vaxtı açıqlandı

“Qarabağ”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrail “Aşdod”u ilə keçirəcəyi ilk oyunun vaxtı açıqlanıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun iyulun 22-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matça saat 20:00-da start veriləcək.