“Qarabağ” – “Sivasspor” matçının hakimləri açıqlandı

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Sivasspor”la (Türkiyə) keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, oyunu Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yakob Kehlet olacaq. Ona yan xətt hakimləri Heyne Sorensen və Lars Hummelqard kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yens Mae yerinə yetirəcək.

“Qarabağ” – “Sivasspor” matçı noyabrın 26-da, “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Qarşılaşma saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button