
“Qarabağ”ın U-19 komandası bu gün “Ayaks”la görüşəcək
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu U-19 Bakıda Niderland təmsilçisi “Ayaks”ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Oyun “Azərsun Arena”da, saat 14:00-da start götürəcək. Əsas mərhələnin 6-cı turunun matçını macarıstanlı FİFA referisi Marton Ruş idarə edəcək.
Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 35-ci pillədə qərarlaşıb. Qonaqlar 7 xalla 22-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



