
“Qarabağ”ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Niderlandda beynəlxalq turnirdə iştirak edəcək.
Komanda.az xəbər verir ki, Ağdam komandası “SV EPE U14 Youth Easter Cup” turnirində qüvvəsini sınayacaq.
“Köhlən atlar”ın rəqibləri “Utrext”, “Qo Ehed İqls”, “Feyenoord”, “Alkmaar”, “Epe” (hamısı Niderland), “Norşelland” (Danimarka), “Aston Villa” (İngiltərə), “Genk” (Belçika), “Volfsburq”, “Hamburq” (hər ikisi Almaniya) klubları və Lüksemburq millisi olacaq.
Yarış aprelin 18-20-si aralığında baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



