“Qarabağ”ın sabiq qapıçısı koronavirusa yoluxub?

Türkiyənin “Erzurumspor” klubunda 11 nəfərin koronavirusa yoluxduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, onlardan dördünün futbolçu olduğu bildirilirdi. Türkiyə mətbuatı koronavirusa yoluxanlar arasında “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin də olduğunu yazmışdı.

Lakin bosniya və herseqovinalı qolkiper bu xəbərləri təkzib edib. O, sosial şəbəkə hesabında paylaşım edərək koronavirusa yoluxması ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini bildirib. 32 yaşlı qolkiper qeyd edib ki, səhhəti yaxşıdı.

Xatırladaq ki, İbrahim Şehiç 2013-2018-ci illər aralığında “Qarabağ”da çıxış edib. Onun “Erzurumspor”la bu ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button