Gözünə görə əməliyyat olunacaq – “Qarabağ”ın sabiq futbolçusu

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçakın bir müddət əvvəl səhhətində problemlər yaranıb.

Komanda.az Polşa mətbuatına istinadən xəbər verir ki, bu barədə 33 yaşlı polşalı müdafiəçi özü açıqlama verib. O, bir müddət əvvəl başında olan ağrılar səbəbindən xəstəxanaya getmiş və ona meninqit diaqnozu qoyulmuşdu.

Müalicə olunduqdan sonra sağalan Jezniçak hazırda yaxşı olduğunu, yaxın zamanda isə gözünün zəifliyi səbəbindən əməliyyat olunacağını deyib.

Hazırda Plots “Visla”sının şərəfini qoruyan müdafiəçi, 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button