Dani Kintana: “Mahirə Belçikadan da təklif var idi, amma…”

“Qarabağ”ın sabiq futbolçusu, hazırda Polşanın “Yagelloniya” klubunda çıxış edən Dani Kintana açıqlama verib.

Komanda.az “weszlo.com” saytına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi, “Qarabağ”da çıxış edərkən komanda yoldaşı olan Yakub Jezniçak və Mahir Emreli haqda danışıb:

“Jezniçak möhtəşəm və etibarlı futbolçudur. Hər zaman çox yaxşı oynayırdı. “Qarabağ” onun müqaviləsini uzatmayanda hamımız çox təəccüblənmişdik. Bir neçə oyun olmasa da, hər zaman komanda üçün çalışıb, möhtəşəm oyunlar keçirib.

Mahir böyük potensialı olan bir futbolçudur. 17 yaşında olanda ona diqqət etmişdim. Güclüdür, amma aqressiv deyil. “Legiya”dan təklif olanda, məndən klubu araşdırmağımı istədi. Ona Belçikadan da təklif var idi, amma Polşaya gəlməli olduğunu dedim. Mahirə söylədim ki, “Polşa çempionatında çempionluq üçün mübarizə aparacaqsan, avrokuboklarda çıxış edəcəksən”.

Dani 2015-2020-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button