“Qarabağ”ın sabiq futbolçusu “Everton”la müqavilə imzaladı – rəsmi

“Qarabağ”ın sabiq futbolçusu Asmir Beqoviçin yeni ünvanı məlum olub.

Komanda.az xəbər verir ki, 34 yaşlı qapıçı İngiltərənin “Everton” klubuna keçib. Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Beqoviç yeni klubu ilə 1+1 şərti ilə müqavilə imzalayıb.

Beqoviç 2019-cu ilin sentyabrından dekabrına qədər icarə əsasında “Qarabağ”da çıxış edib. Qapıçının son klubu İngiltərə “Bornmut”u olub.