“Qarabağ”ın rəqibinin “Mançester Siti” adlı “kabus”u

“Nyukasl” İngiltərə Liqa kuboku ilə vidalaşıb. “Sağsağanlar” yarımfinal mərhələsində “Mançester Siti”yə iki oyunun nəticəsinə görə 1:5 hesabı ilə məğlub olublar. Cavab qarşılaşması dünən “şəhərlilər”in meydanında baş tutub və ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Nyukasl” bütün turnirlər daxil olmaqla, “Mançester Siti” ilə səfər matçlarında ardıcıl 12-ci məğlubiyyətini alıb.

Komanda.az “Opta” statistika portalına istinadən xəbər verir ki, bu göstərici klub tarixində eyni rəqiblə səfərdə qeydə alınan ən uzun məğlubiyyət seriyasıdır.

Eddi Hounun rəhbərlik etdiyi komanda fevralın 7-də Premyer Liqa çərçivəsində “Brentford”la qarşılaşacaq. Onun komandası hazırda turnir cədvəlinin 11-ci pillədə qərarlaşıb. “Mançester Siti” isə Liqa kubokunun finalında “Arsenal”la üz-üzə gələcək.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı isə həmin ayın 24-də İngiltərədə keçiriləcək. Hər iki matçın start fiti müvafiq olaraq saat 21:45-də və 00:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button