“Qarabağ”ın rəqibi ciddi itki ilə üzləşə bilər

“Liverpul”un müdafiəçisi İbrahima Konate mövsümün sonunda İngiltərə klubunu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə klub arasında yeni müqavilə üzrə danışıqlarda irəliləyiş yoxdur. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər.

Əvvəlki xəbərlərdə “Real” və “Barselona”nın Konate ilə maraqlandığı bildirilirdi.

26 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 21 oyunda iştirak edib. Onun gedişi “Liverpul”un müdafiə xəttində ciddi itki ola bilər.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button