
“Liverpul” 15 milyon avro təklif etməyə hazırdır – 17 yaşlı “uşaq” üçün
Braziliyanın “Qremio” klubunun 17 yaşlı vingeri Qabriel Mek İngiltərə Premyer Liqasının top-klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın hazırkı çempionu “Liverpil” braziliyalı hücumçunu transfer etməkdə maraqlıdır.
Mersisayd təmsilçisi Qabriel üçün “Qremio”ya 15 milyon avro təklif etməyə hazırdır. Bununla belə, qarşı tərəfin rəhbərliyi futbolçunun satışından daha yüksək məbləğ əldə etməyi planlaşdırır.
“Liverpul” İngiltərə çempionatında 17 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



