“Qarabağ”ın rəqibi Van Dayka əvəzləyici seçib

“İnter”in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Belə ki, “Liverpul” rəhbərliyi 26 yaşlı futbolçunun mövsümün sonunda mümkün transfer variantını müsbət dəyərləndirəcəyinə inanır.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, mersisaydlılar Bastonini klubun hazırkı kapitanı Vircil van Daykın uzunmüddətli əvəzləyicisi kimi görür.

“Liverpul” üçün müdafiə xəttinin gələcək lideri hesab edilən italiyalı futbolçuya başqa bir klub – “Barselona”nın da maraq göstərdiyi bildirilir. İtaliya mətbuatı həmçinin, “İnter” rəhbərliyinin aparıcı müdafiəçisini komandada saxlamaq üçün ona yeni müqavilə təklif etməyə hazırlaşdığını yazır.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button