“Qarabağ”ın rəqibi onu “Tottenhem”ə niyə buraxmır?

Müxtəlif mənbələr “Liverpul”un müdafiəçisi Endi Robertsonun “Tottenhem”ə transferinin baş tutmaması ilə bağlı yeni detallar paylaşmaqda davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçunun keçidi ilə bağlı tərəflər arasında şifahi razılıq əldə olunmuşdu və transferin Çempionlar Liqasının ümumi mərhələsinin son turunun oyunlarından sonra rəsmiləşdirilməsi planlaşdırılırdı.

Vəziyyətin dəyişməsinə səbəb “Roma” olub. Belə ki, İtaliya klubu “Liverpul”un Robertsonu satacağı halda, dərhal icarədən geri çağırmağı planlaşdırdığı Kostas Tsimikas (icarə əsasında “Roma”da çıxış edən “Liverpul”un futbolçusu) üçün hələ də əvəzləyici tapa bilməyib. Bu səbəbdən, mersisaydlılar transfer prosesini dayandırmaq məcburiyyətində qalıb.

“Tottenhem” rəhbərliyi isə sol cinah müdafiəçisi axtarışlarını davam etdirsə də, vaxt getdikcə azalır. Şayiələrə görə, London klubu Robertson üçün 5 milyon avrodan artıq məbləğ təklif edib.

31 yaşlı futbolçunun “Liverpul”la müqaviləsinin müddətinin bitməsinə altı ay qalıb. Onun komandası yanvarın 28-də, UEFA Çempionlar Liqasının 8-ci turunda “Qarabağ”ı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button