“Qarabağ”ın rəqibi milli üzvünü transfer edir

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan “Lex” (Polşa) yeni futbolçu ilə anlaşıb.

Komanda.az Polşa mətbuatına istinadən xəbər verir ki, Poznan təmsilçisi Norveç “Rusenborq”undan Pavle Vagiçi transfer edir.

İsveçin U-21 millisinin üzvü olan 22 yaşlı futbolçu universallığı ilə seçilir. Vagiç müdafiənin mərkəzində və yarımmüdafiədə oynaya bilir.

“Lex” “Qarabağ”a ilk oyununu iyulun 5-də evdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button