“Qarabağ”ın rəqibi evdə xal itirdi

Futbol üzrə Yunanıstan çempionatında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.

Pirey təmsilçisi doğma meydanda “Volos”la qarşılaşıb. İki qolun qeydə alındığı matçda tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər – 1:1. 29-cu dəqiqədə məğlub duruma düşən “Qarabağ”ın rəqibi yalnız 76-cı dəqiqədə bərabərlik qolunu vura bilib.

4 turdan sonra 8 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button