“Qarabağ”ın rəqibinə 3 qol vurdular

Futbol üzrə Lüksemburq çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Düdelanj” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Rasinq Lüksemburq”la qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 3:2.

Bir oyunu təxirə salınan “Düdelanj” hazırda 4 xalla 14 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Lüksemburq təmsilçisi ilə “Qarabağ” arasındakı ilk oyun oktyabrın 3-də bu ölkədə baş tutacaq və saat 23:00-da başlayacaq. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək və saat 20:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button