“Qarabağ”ın rəqibi “Portu”nun keçmiş futbolçusunu alır

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Lex” (Polşa) ilk transferini reallaşdırmağa hazırlaşır.

Komanda.az Polşa mətbuatına istinadən xəbər verir ki, Poznan təmsilçisi “Belenenseş”in yarımmüdafiəçisi Afonso Souzanı heyətinə qatmaq üzrədir. Klublar 22 yaşlı oyunçunun keçidində ortaq məxrəcə gəlib.

“Lex” portuqaliyalının transferi müqabilində qarşı tərəfə 1 milyon avrodan bir qədər az pul ödəyəcək. “Portu”nun sabiq üzvü özü də polşalılarla şəxsi müqaviləni razılaşdırıb. Yaxın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir.

“Qarabağ”la “Lex” arasında ilk oyun iyulun 5-də Poznanda, cavab görüşü isə iyulun 12-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin