“Qarabağ”ın rəqibi mövsümə darmadağınla başladı

Futbol üzrə Şimali Makedoniya çempionatında 1-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Sileks” də yeni mövsümdə ilk oyununa çıxıb.

“Belasitsa”nın qonağı olan Kratovo təmsilçisi 6 cavabsız qolla qalib gəlib. Qolları İvan İvanovski (47), Pepi Georgiyev (59), Denis Ristov (70 və 84) və Stefan Curiç (88 və 90+2) vurub.

Qeyd edək ki, “Qarabağ” “Sileks”lə avqustun 18-də və ya 19-da Bakıda qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button