“Atletiko”dan inamlı qələbə

İspaniya La Liqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında “Real Sosyedad” “Leqanes”i qəbul edib. İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib. Autsayderlə oyunda xal itirməsinə baxmayaraq, bu nəticədən sonra “Real Sosyedad” vahid liderə çevrilib.

“Barselona” bu turda “Selta”nı sınağa çəkib və darmadağınla qalib gəlib. “Real” isə “Eybar” səfərində 4 cavabsız qola sevinib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sevilya” Əndəlüs derbisində “Betis”lə üz-üzə gəlib və çətin qələbəyə sevinib. “Malyorka” “Vilyarreal”ı, “Atletik” “Levante”ni, “Atletiko” isə “Espanyol”u məğlub yola salıb.

İspaniya La Liqası, 13-cü tur

8 noyabr

Real Sosyedad – Leqanes 1:1
Qol
: Merino, 63 – En Nesiri, 78.

9 noyabr

Alaves – Valyadolid 3:0
Qol
: Xoselu, 26. Pina, 32. L.Peres, 75.

Valensiya – Qranada 2:0
Qol
: Vass, 74. Torres, 90+7.

Eybar – Real 0:4
Qol
: Benzema, 17; 29-pen. S.Ramos, 20-pen. Valverde, 61.

Barselona – Selta 4:1
Qol
: Messi, 23-pen; 45+1; 48. Buskets, 85 – Olaza, 42.

10 noyabr

Malyorka – Vilyarreal 3:1
Qol
: Junior, 13-pen. Rodriqes, 23-pen. Kubo, 53 – Kasorla, 49-pen.

Atletik – Levante 2:1
Qol
: Muniain, 57. Kapa, 88 – Poştiqo, 45+1.

Atletiko – Espanyol 3:1
Qol
: Korrea, 45+1. Morata, 58. Koke, 90+1 – Darder, 38.

Xetafe – Osasuna 0:0

Betis – Sevilya 1:2
Qol
: Loren, 45 – Okampos, 13. De Yonq, 55.

Bombardir: Kərim Benzema (Real) – 9 qol.