
“Qarabağ”ın rəqibi kamerunlu futbolçu üçün yarışa qoşulub
“Liverpul” “Mançester Yunayted” və “Tottenhem”lə birlikdə “Brayton”un yarımmüdafiəçisi Karlos Balebanın transferi uğrunda mübarizəyə qoşulub.
Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun keçidi maraqlı klublara təxminən 100 milyon avroya başa gələ bilər.
Bu qış bir neçə klub Baleba üçün sorğu göndərsə də, “Brayton” yarımmüdafiəçini yanvarda satmağa hazır deyil, onun yayda komandadan ayrılmasını gözləyir.
Kamerunlu futbolçu 2023-cü ilin yayından bəri “Brayton”da çıxış edir. Bu müddətdə o, bütün turnirlər daxil olmaqla 96 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



