“Qarabağ”ın Antalyadakı rəqibləri bilindi

“Qarabağ”ın qış təlim-məşq toplanış planı məlum olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “köhlən atlar” yanvarın 7-də klubun bazasında bir araya gələrək, mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.

“Qarabağ” yanvarın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orda davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında Ağdam təmsilçisi 4 yoxlama oyunu keçirəcək. “Qarabağ” yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-də Qazaxıstanın “Jetisu”, yanvarın 25-də Çexiyanın “Siqma” və Polşanın “Visla Plok” klublarıyla qarşılaşacaq.

Yanvarın 26-da isə komanda Bakıya dönərək, fevralın 2-də keçiriləcək “Səbail”lə matçın hazırlıqlarını burda davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button