
“Qarabağ”ın oyununun biletləri satışa çıxarılır
“Qarabağ”ın Misli Premyer Liqasının 13-cü turu çərçivəsində “Karvan-Yevlax”la keçirəcəyi oyunun biletləri satışa çıxır.
Komanda.az xəbər verir ki, biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq.
Satış məntəqələri: “iTicket.az”da onlayn satış, oyun günü isə “iTicket.az”da onlayn, həm də “Azersun Arena”nın kassası.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Qeyd: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



