“Qarabağ”ın oyununda AFFA-dan “istefa” tələbi FOTO

“Qarabağ” bu gün Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Kiprin “Omoniya” klubu ilə qarşılaşır.

Komanda.az xəbər verir ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Ağdam klubunun azarkeşləri AFFA rəhbərliyini istefaya çağırıb.

Azərbaycan millisinin uğursuz çıxışından narazı olan tərəfdarlar kiçik kağızlarda yazdıqları şüarlarla AFFA rəhbərliyini istefaya dəvət ediblər.

Hazırda ikinci hissəsi oynanılan “Qarabağ” – “Omoniya” matçında hesab bərabərdir – 1:1.