“Qarabağ”ın oyununa bilet satışı sabah başlayır

Premyer Liqanın 29-cu turu çərçivəsində “Qarabağ” ilə “Zirə” arasında aprelin 6-da keçiriləcək oyunun biletləri sabah saat 12:00-dan etibarən satışda olacaq.

Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. Qarşılaşma saat 19:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button