“Qarabağ”ın oyunu bizim üçün ikinci dərəcəlidi”

Kiprin APOEL klubunun baş məşqçisi Tomas Dollun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib:

Komanda.az xəbər verir ki, alman mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

  • “Qarabağ”dan gözlədiyiniz oyunu gördüzmü?
  • Komandamdan razı qaldım. Əsas bizim oyunumuzdu. “Qarabağ”ın oyunu 2-ci dərəcəlidi. Son 90 dəqiqə etdiklərimizi nəzərə alsaq, komandadan razıyam. Asan olmadı, ancaq qapımızda qol görmədiyimiz üçün bu, klub üçün böyük nəticədi. Qapıçımız da gözəl seyv etdi.
  • Penalti zərbəsi olmasaydı, evə əliboş qayıdacağınızı düşünürsüzmü?
  • Xeyr. Penalti olmasaydı da bizim kifayət qədər vaxtımız olacaqdı. Bu gün biz ilk oyundan fərqli oynadıq. Rəqibi öndə qarşıladıq. Komandamın qol vurmaq istəyini də müşahidə etdim. Oyunçularım daim cəhd edirdi ki, cərimə meydançasına daxil olsun. Bu günün açarı o idi ki, müdafiə və hücum arasında balansı qoruduq.
  • Bu oyunda qalibiyyətin əsas açarı nə idi?
  • Cəsur və ürəkli oynadıq. Komandam çox qaçdı. Nəyisə dəyişmək istəyirdik, buna da nail olduq. İkinci hissənin 10-15 dəqiqəsində bir az çətinlik çəkdik. Bu müddətdən qolsuz ayrılmaq bizim üçün yaxşı oldu. Qələbəyə və növbəti mərhələyə layiq idik.
  • APOEL-in bu qələbəsində keçmiş baş məşqçinin rolu varmı?
  • Əlbəttə. Mən 4-5 gündür burdayam. Öz məşqçi heyətimlə danışıram. Oyunçulara dedim ki, mərhələ adlasaq, burda mənim əməyim çox olmayacaq. Komandanın keçmiş baş məşqçisi Paulo Trametsaniyə bir daha təşəkkür edirəm.
  • Mərhələ adlamaq üçün komandanın istəkli olması əsas idi…
  • İlk işim komandada özünə inam yaratmaqdı. Onlara dedim ki, mənə inansınlar, güvənsinlər, nə etdiklərini bilsinlər. Bütün bunlar bir araya gəldiyi üçün biz növbəti mərhələyə keçdik.
  • İlk oyunda komanda fərqli çıxış etmişdi, bu oyunda da…
  • Oyundan qabaq nəzəri baxımdan və video izləyərək sistemi dəyişmişdik. İkinci hissənin əvvəlində təzyiqə məruz qaldıq. Meydanın bizə aid olan hissəsindən çıxa bilmirdik. Buna görə də, ikinci hücumçunu oyuna saldım. Çətin oyun oldu, ancaq sonda mərhələ adlamağı bacardıq.

Şahin Cəfərov