“Qarabağ” qanalı hücumçu üçün nə qədər ödəyəcək?

“Qarabağ”ın müqavilə ilə “Leqanes”ə məxsus olan Kvabena Ovusunu transfer etməyə hazırlaşdığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin 22 yaşlı hücumçu üçün La Liqa klubuna ödəyəcəyi məbləğ də bəlli olub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Qarabağ”ın birdəfəlik transfer edəcəyi Ovusu üçün “Leqanes”ə 300 min avro ödəyəcəyi bildirilir.

“Leqanes” Ovusunun bundan sonrakı transfer hüququnun 50 faizinə sahib olacaq.

İspaniyanın B Sequndasında mübarizə aparan “Kordoba”da icarədə olan Ovusu bu mövsüm 16 oyuna çıxıb və 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button