Düşərgəni tərk edib, Madridə yollandı – “Qarabağ” üçün

“Qarabağ”ın müqavilə ilə “Leqanes”ə məxsus olan, icarə əsasında “Kordoba” klubunda forma geyinən Kvabena Ovusunu transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az “cordobadeporte.com” saytına istinadən xəbər verir ki, qanalı hücumçu “Kordoba”nın düşərgəsini tərk edib. Ovusu, “Leqanes”lə danışıqlar aparıb, “Qarabağ”a keçidini sürətləndirmək üçün Madridə yollanıb.

İspaniya mətbuatının xəbərinə görə, 22 yaşlı hücumçu yaxın zamanda “Qarabağ”la rəsmi müqavilə imzalayacaq.

İspaniyanın B Sequndasında mübarizə aparan “Kordoba” ilə bu mövsüm 16 oyuna çıxan qanalı futbolçu 6 qol vurub. Müqavilə ilə “Leqanes”ə məxsus olan Ovusunun “Kordoba” ilə icarə müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button