“Qarabağ”ın müdafiəsində zəif yerlər var”

Çexiyanın “Viktoriya” (Plzen) komandasının müdafiəçisi Lüdek Pernitsa UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibin hücumda çox yaxşı olduğunu gördük. Amma müdafiə xəttində zəif yerləri var. Bakıda qol vurmaq üçün şanslarımız oldu. Ev oyununda da standart vəziyyətlərin üzərində dayanacağıq. Bu, bizim əsas üstünlüyümüzdür.

Onun sözlərinə görə, kapitan Lukaş Heydanın cəza səbəbindən oynamaması onlara problem yaradacaq: “Düşünürəm ki, o, oynasa belə, bizə çətin olacaq. Təbii ki, kapitanın yoxluğu daha ciddi itkidir. Amma inandığımız, onun yerini doldura biləcək başqa keyfiyyətli oyunçularımız var”.

Sabah Plzendə keçiriləcək “Viktoriya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button