“Kəpəz” öz meydanında darmadağın oldu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Turan Tovuz” doğma meydanda “Qarabağ-2” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç Ağdam klubunun əvəzedicilərinin qələbəsi ilə başa çatıb.

İkinci oyun günündə daha 3 qarşılaşma baş tutub. “Sumqayıt-2” “Keşlə-2”-dən, “Zirə-2” isə “Ağsu”dan üstün olub. “Neftçi-2” səfərdə “Sabah-2″ı 90+3-də vurduğu qolla məğlub edib.

Bu gün 3 qarşılaşmayla tura yekun vurulub. MOİK “Kəpəz”i, “Qaradağ Lökbatan” isə “Zaqatala”nı məğlub edib. “Şüvəlan” isə 90+3-cü dəqiqədə vurduğu qolla “Səbail-2” üzərində qələbə qazanıb.

Birinci divizion, 14-cü tur

5 fevral

Turan Tovuz – Qarabağ-2 1:2

Qol: Sənan Qocayev, 74 – Toral Bayramov, 28. Elvin Cəfərquliyev, 88.

Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

7 fevral

Sumqayıt-2 – Keşlə-2 3:0

Qol: Baxşəli Baxşəliyev, 27. Fərid Kərimzadə, 45. İbrahim Əliyev, 90+3.

Qırmızı vərəqə: Elvin Nəsibov, 90 (“Sumayıt-2”)

Hakimlər: Ziya Nəsirov, Elmin Süleymanov, Zöhrab Abbasov, Alik Yunusov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Nihad Məmmədov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

Sabah-2 – Neftçi-2 0:1

Qol: Elnur Sülyemanov, 90+3.

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Əli Cəbrayılov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu

Zirə-2 – Ağsu 2:1

Qol: Qara Mehrəlizadə, 22. Əmrah Bayramov, 62. – Qalib Əmrahov, 13.

Hakimlər: Etibar Həsənov, Teymur Teymurov, Səbuhi Soltanov, Nail Nağıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“AZAL Arena”

8 fevral

Şüvəlan – Səbail-2 2:1

Qol: Tural Qürbətov, 39. Riad Abbaszadə, 90+3 – Xəlil Bəşirov, 72.

Qırmızı vərəqə: Xəlil Bəşirov, 75 (“Səbail-2”)

Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Taleh Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
“AZAL Arena”

Kəpəz – MOİK 0:3

Qol: Raul Yaqubzadə, 29; 77; 79.

Hakimlər: Nicat İsmayıllı, Mübariz Haşımov, Eyyub İbrahimov, Cahangir Yusifzadə
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Gəncə şəhər stadionu

Qaradağ Lökbatan – Zaqatala 1:0

Qol: Rüfət Məmmədov, 51.

Qırmızı vərəqə: Elşad Əliyev, 61. Fərid Mövsümov, 69 (Hər ikisi Səbail-2)

Hakimlər: Rəşad Əhmədov, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, İslam Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button