
“Qarabağ”ın legioneri üçün əlamətdar oyun
Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının 29-cu tura təsadüf edib.
25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.
Andrade Premyer Liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.
“Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



