“Qarabağ”ın legioneri Rusiya klubunun hədəfində

“Qarabağ”ın legioneri Leandro Andrade karyerasını Rusiyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “RB Sport” məlumat yayıb. Məlumatda bildirilib ki, “Krasnodar” 23 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.

“Qarabağ”a bu ilin yanvarında Bolqarıstanın “Çerno More” klubundan keçən Kabo Verde millisinin üzvünün klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Andrade cari mövsümdə “köhlən atlar”ın heyətində 15 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button