“Qarabağ”ın legioneri: “Bayer”dən çəkinmirik”

“Qarabağ”ın futbolçusu Julio Romao Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan “Bayer” (Leverkuzen) haqda danışıb.

Komanda.az “tntsports.com.br” saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Bundesliqa təmsilçisi ilə matçlara qələbə əzmi ilə çıxacaqlarını söyləyib:

“Rəqib güclü olsa da, üç xal qazanmağa, öz oyunumuzu göstərməyə çalışacağıq. Buna nail olacaq səviyyədə komandamız var. Avropa Liqası xüsusi yarışdır və hər bir futbolçu bu turnirin oyunlarında meydanda olmaq istəyir”.

Ağdam klubunun legioneri qrup mərhələsinin ilk turunda Norveçin “Molde” klubunu 1:0 hesabı ilə məğlub etdikləri görüşə də münasibət bildirib:

“Qələbə ilə başlamaq həmişə önəmlidir. Bu, şübhəsiz ki, gələcəkdə bizə kömək edəcək. Eyni diqqətlə yolumuza davam etməliyik”.

“Qarabağ” 2-ci turda səfərdə İsveçin “Hakken” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button