Aqolli “Qarabağ”ı ziyarət etdi: Əməkdaşlıq məsələsi müzakirə olundu FOTO

“Qarabağ”ın keçmiş futbolçusu Ansi Aqollinin bu gün Bakıya gəldiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, o, səfər zamanı keçmiş komandasını da ziyarət edib. Aqolli ilə uşaq futboluyla bağlı potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.

Aqolli 2010-2019-cu illərdə “Qarabağ”da çıxış edib. 38 yaşlı futbolçu “köhlən atlar”ın heyətində 5 dəfə ölkə çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb.

Albaniyalı müdafiəçi “Qarabağ”dan ayrıldıqdan sonra ABŞ-ın “Nyu-York Kosmos” klubuna keçmişdi. O, hazırda Amerikada özünün yaratdığı uşaq futbol akademiyasında faəliyyət göstərir.