“Qarabağ”ın ilk yoxlama oyunundakı rəqibi bəlli oldu

“Qarabağ”ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Bakıda təşkil olunacaq təlim-məşq toplanışında “Zirə” ilə qarşılaşacaq.

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma “Azersun Arena”da baş tutacaq.

İyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək “köhlən atlar” hazırlığını Avstriyada davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button